10/05/2016

"Futbol və Sağlam Həyat" adlı layihə başa çatıb


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi başa çatıb.

Layihə son mərhələsi H. Zeynalabdin Tağıyev adına qəsəbədə yerləşən 6 saylı orta məktəblərində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı daha 6 məktəbin şagirdləri iştirak edib. Ümumilikdə, həmin layihə çərçivəsində 60-dan artıq şagird iştirak edib.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın texniki direktoru Aqil Məmmədov və məşqçi Tərlan Məmmədov şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın akademiyasını məşqçi heyəti ilə yanaşı əvəzedici komandanın üzvləri də iştirak edib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsini keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.

Xatırladaq ki, "Futbol və Sağlam Həyat" adlı layihə Sumqayıtda yerləşən 48 orta məktəbi əhatə edib. Layihədə 500-dən artıq şagird iştirak edib.