07/05/2016

"Sumqayıt" FK "Qarabağ"a minimal hesabla məğlub olub


"Qarabağ" - "Sumqayıt" 1:0
07 may 2016. Saat 19:00. “İnter Arena”, 500 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Mehman Mahmudov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Vüsal Əliyev
Sarı vərəqələr: Bədavi Hüseynov, 62 (qeyri-idman hərəkəti)
Qollar: Əfran İsmayılov, 41
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Qarabağ”
13. İbrahim Şehiç
2. Qara Qarayev
(91. Coşqun Diniyev, 57)
5. Maksim Medvedev (k)
8. Migel Madera
10. Dani
20. Riçard Almeyda
22. Əfran İsmayılov
(77. Cavid Tağıyev, 77)
25. Ansi Aqolli
32. Elvin Yunuszadə
55. Bədavi Hüseynov
97. Mahir Mədətov
(9. Reynaldo Silva, 58)

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
18. İlqar Qurbanov
67. Əl Hərbi Əl Jadeyui
90. Samuel Armenteros

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
7. Pərdis Fərcad-Azad
(97. Xəyal Nəcəfov, 75)
8. Nicat Muxtarov
(18. Aleksandr Çertoqanov, 80)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
24. Amit Quluzadə
25. Ayaz Mehdiyev
55. Ağabala Ramazanov
70. Vaqif Cavadov
(29. Amil Yunanov, 83)

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
27. İsmayıl Babayev
95. Samir İbrahimov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 33-cü turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "İnter Arena"da "Qarabağ"a minimal hesabla məğlub olub.

Samir Abasov ("Sumqayıt FK"nın baş məşqçisi): Öncə “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, “Qarabağ”ın gücünü bilirdik. Çalışırdıq, qol buraxmayaq. Buraxdığımız bir səhv oyunun nəticəsini həll etdi. Komandamın oyunundan razıyam. “İnter”lə oyunda da bu günki kimi oynamışdıq. Yəqin futbolçularım “Qarabağ”a qarşı özlərini göstərmək istəyirdilər".