13/12/2011

“Sumqayıt Şəhər” hazırlığını davam etdirir


Unibank Premyer Liqasının XVII turu çərçivəsində “Bakı” ilə səfərdə qarşılaşacaq “Sumqayıt Şəhər” hazırlığını “Dalğa Arena”da davam etdirir. Zədəli olduğu üçün son turda “Kəpəz”lə qarşılaşmada iştirak etməyən Abdulla Abatsıyev və Murad Səttarlı artıq sağalıb. Hər iki futbolçu bugünki məşqdə iştirak edib.

Nəzərinizə çatdıraq ki, Türkiyənin Ankara şəhərində dizindən əməliyyat olunan “Sumqayıt Şəhər”in hücumçusu Ruslan Qurbanovun yanvarın ilk həftəsindən məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, "Bakı" – "Sumqayıt Şəhər" oyunu dekabrın 15-də "Bakı" FK-nın təlim-məşq bazasının stadionunda keçiriləcək. Matç saat 14:00-da başlayacaq.