05/05/2016

Ümummilli Liderin xatirəsinə həsr edilmiş turnirə start verilib


"Azərikimya" İstehsalat Birliyi ilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Şimal Regional Futbol Federasiyası və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat, KİV nümayəndələri və həvəskar komandalar arasında futbol turnirinə start verilib.

Əvvəlcədən məlumat verdiyimiz kimi, olimpiya sistemi üzrə keçirilmiş yarışda 8 komanda mübarizə aparıb. 

Dünən “Kapital Bank Arena”da turnirin ilk oyun günü baş tutub. Oyunlardan öncə yarışın püşkatma mərasimi keçirilib. Daha sonra görüşlərə start verilib. İlk oyun günündə baş tutan qarşılaşmaların nəticələrini diqqətinizə çatdırırıq:

Sumqayıt KİV nümayəndələri - Sumqayıt veteranlar klubu 2:4
Futbol + qəzeti - Sumayıt şəhər Polis İdarəsi 2:6
"Sumqayıt" FK-nın rəhbərliyi və məşqçi heyəti - KİV nümayəndələrinin yığması (2) 8:1
KİV nümayəndələrinin yığması (1) – Azərikimya İstehsalat Birliyi 1:4

Qeyd edək ki, mayın 6-da turnirin son oyunları baş tutacaq. Püşkün nəticəsinə əsasən, yarımfinalda Sumqayıt veteranlar klubu Sumayıt şəhər Polis İdarəsi ilə, Azərikimya İstehsalat Birliyi isə "Sumqayıt" FK-nın rəhbərliyi və məşqçi heyətinin komandası ilə üz-üzə gələcək. Qaliblər final oyununda qarşılaşacaqlar.