28/04/2016

Ümummilli Liderin xatirəsinə həsr edilmiş turnir keçiriləcək


"Azərikimya" İstehsalat Birliyi ilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Şimal Regional Futbol Federasiyası və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat, KİV nümayəndələri və həvəskar komandalar arasında futbol turniri təşkil ediləcək.

Yarışda 8 komanda mübarizə aparacaq. Olimpiya sistemi üzrə keçiriləcək turnir 4-6 may tarixlərində "Kapital Bank Arena"da keçiriləcək. Mayın 4-də oyunlardan əvvəl turnirin püşkatma mərasimi baş tutacaq ardınca 18:30-dan qarşılaşmalar start götürəcək.

İştirakçı komandalar
1. Sumqayıt KİV nümayəndələrinin komandası
2. Futbol + qəzeti
3. KİV nümayəndələrinin yığma komandası - 1
4. KİV nümayəndələrinin yığma komandası - 2
5. Azərikimya İstehsalat Birliyi
6. "Sumqayıt" FK-nın rəhbərliyi və inzibati heyəti
7. Sumqayıt veteranlar klubu
8. Sumayıt şəhər Polis İdarəsi