25/04/2016

"Sumqayıt" FK-nın U-17 komandası çempionatı bürünc medallarla başa vurub


AFFA-nın təşkil etdiyi "Bakcell U-17 Liqası"nda 2015-2016 mövsümü başa çatıb. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası son turda doğma azarkeşləri qarşısında "Bakı"nı qəbul edib. Rəqibindən üstün oyun nümayiş etdirən Zaur Hidayətovun komandası 5:0 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Sənan Əsədov (2), Tacir Əlizadə, Tural Quliyev və Aqşin Hüseynov vurub. Bu qələbə ilə "Sumqayıt" FK-nın U-17 komandası Liqanı 3-cü pillədə başa vurub və bürünc medallara sahib çıxıb. Qarşılaşma başa çatdıqdan sonra "Sumqayıt" FK-nın prezidenti Kamran Quliyev və klubun texniki direktoru Aqil Məmmədov komanda üzvləri ilə görüşərək onları təbrik edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, "Sumqayıt" FK-nın 17 yaşadək futbolçulardan ibarət komandası çempionatda 26 oyun keçirib. Komandamız bu oyunlarda 18 qələbə, 6 heç-heçə və 2 məğlubiyyətə imza atıb. Bu qarşılaşmalarda "Sumqayıt" FK rəqib qapılarından 73 top keçirib və öz qapısından 20 qol buraxıb.