18/04/2016

"Sumqayıt" FK U-17 səfərdə "Qəbələ"ni məğlub edib 2-ci pilləyə yüksəlib


"Bakcell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası səfərdə "Qəbələ" ilə qarşılaşıb. Rəqibindən üstün oyun nümayiş etdirən Zaur Hidayətovun komandası 2:1 hesablı qələbə qazanıb və turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Bu oyunda Sənan Əsədov dubl edib.

Bundan başqa, Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası 2016-cı il aprel ayının 18-dən may ayının 2-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Bununla əlaqədar olaraq, komandamızın üzvü Ricat Qarayev U-17 millimizin heyətinə dəvət alıb.