18/04/2016

"Sumqayıt" FK AZAL-a minimal hesabla məğlub olub


AZAL - "Sumqayıt" 1:0
17 aprel 2016. Saat 19:00. AZAL Arena, 250 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Azər Əsgərov
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Tural Hümbətov, 12 (qeyri-idman hərəkəti); Kamil Hüseynov, 53 (qeyri-idman hərəkəti); Emin Cəfərquliyev, 65 (oyunun bərpasını ləngitdiyinə görə); Aleksandr Quruli, 81 (qeyri-idman hərəkəti) // Vaqif Cavadov, 61 (qeyri-idman hərəkəti); Cəmil Hacıyev, 62 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 84 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Səlahət Ağayev, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Tural Hümbətov, 39
Qolla nəticələnməyən penalti: Aleksandr Quruli, 64
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 4 dəq.

AZAL
16. Stanislav Namaşko
2. Rail Məlikov (k)
3. Tural Hümbətov
(4. Qvanzav Maqomedov, 67)
5. Kamil Hüseynov
24. Emin Cəfərquliyev
14. İlqar Ələkbərov
23. Hacı Əhmədov
21. Murad Səttarlı
10. Nuqzar Kvirtiya
27. Aleksandr Quruli
(11. Ruslan Nəsirli, 82)
9. Aydın Qasımov
(19. Məhəmməd Bədəlbəyli, 86)

Ehtiyat oyunçular:
1. Amil Ağacanov
88. Mirzağa Hüseynpur
63. Seyidrəzi Ağayev
42. Elşad Manafov

Baş məşqçi: Tərlan Əhmədov

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
5. Cəmil Hacıyev
(29. Amil Yunanov, 69)
7. Pərdis Fərcad-Azad
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
18. Aleksandr Çertoqanov (k)
24. Amit Quluzadə
(97. Xəyal Nəcəfov, 63)
55. Ağabala Ramazanov
(8. Nicat Muxtarov, 79)
70. Vaqif Cavadov
99. Rasim Ramaldanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
21. Xaliq İbrahimov
25. Ayaz Mehdiyev

Topaz Premyer Liqasında 30-cu turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə AZAL-a minimal hesabla məğlub olub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi):"Yaxşı oyun nümayiş etdirdik. Əsasən də ilk yarıda. Komandamdan göstərdiyi oyuna görə tam razıyam. Futbolçularım istəkli idi. Ələ düşən şansları qaçırdıqca, tələsməyə başladılar. Buraxdığımız qoldan sonra matçı çevirəcəyimizə açığı, inanmırdım. Belə kuryoz qoldan sonra rəqib qapısına belə meydançada yol tapmağın çətin olacağını bilirdik. Alınmadı, rəqibi təbrik edirəm".