14/04/2016

Əvəzedicilərimiz AZAL-la oyunun hazırlığını davam etdirir


"Sumqayıt" Futbol Klubunun əvəzedici komandası növbəti turda AZAL-la üz-üzə gələcək. Bu səbəbdən Rövşən Babayevin komandası gündəlik məşqlərini davam etdirməklə bu oyuna hazırlaşır. Əvəzedici komandanın əsas 3 üzvü - İlqar Hüseynov, Samir İbrahimov və Xaliq İbrahimov hazırda əsas komanda ilə məşqlərini davam etdirir. Son iki gündə əvəzedicilərin məşqçilər korpusu klubun akademiyasının 10 üzvünü komandaya cəlb edib.

Qeyd edək ki, AZAL-la "Sumqayıt" əvəzedici komandaları aprelin 16-da AZAL Arena-da üz-üzə gələcək. Həmin görüş saat 14:00-da start götürəcək.