12/04/2016

4 futbolçumuz U-17 millisinə dəvət alıb


May ayında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək. Aprelin 12-dən 13-dək paytaxtımızda baş tutacaq hazırlıq prosesinə "Sumqayıt" Futbol Klubunun 4 futbolçusu - Ricat Qarayev, Aqşin Hüseynov, İsmayıl Babayev və Tural Quliyev dəvət olunub.