11/04/2016

"Sumqayıt" FK U-17 "Neftçi" ilə heç-heçə edib


"Bakcell U-17 Liqası"nda növbəti turun oyunu keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Turun mərkəzi görüşü olan bu görüşdə qapılara qol vurulmayıb. Bu heç-heçə ilə "Sumqayıt" FK-nın U-17 komandası 3-cü pillədəki mövqeyini qoruyub.

Bundan başqa, "Sumqayıt" FK-nin U-16 komandası və U-14 komandası da növbəti oyunlarını keçirib. Birincilər "Neftçi"yə 1:3, ikincilər isə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub.