05/04/2016

"Sumqayıt" FK U-17 "Zirə"ni, U-15 isə "Gəncə TİM"i məğlubiyyətə uğradıb


"Bakcell U-17 Liqası"nda növbəti turun oyunları keçirlib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası səfərdə "Zirə" ilə qarşılaşıb. Rəqibindən üstün oyun nümayiş etdirən komandamız 2:0 hesabı ilə qələbə qazanıb. Bu oyunda Aqşin Hüseynov dubl edib.

U-17 komandamız kimi, "Sumqayıt" FK-nın 15 yaşadək futbolçulardan ibarət komandası da turu qələbə ilə başa vurub. Tərlan Məmmədovun yetirmələri "Gəncə TİM"i eyni hesabla üstələyib. Bu qarşılaşmada qolları İbrahim Novruzov və Xanbala Əlizadə vurub.