01/04/2016

"Sumqayıt" FK "Zirə" ilə oyuna hazırlaşır


Topaz Premyer Liqasının son turunda "Xəzər Lənkəran" üzərində qələbə qazanmış (2:1) "Sumqayıt" Futbol Klubu "Zirə" ilə oyunun hazırlığını davam etdirir. Komanda bu gün "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Heyətdə zədəli futbolçu yer almır. Əsas komandadan fərqli olaraq, əvəzedici komandamız isə son məşqi başa vurub və oyun saatını gözləməkdədir. 

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" oyunu aprelin 3-də saat 16:00-da Zirə Olimpiya Kompleksinin stadionunda baş tutacaq. Bu komandaların əvəzedici heyətləri isə sabah saat 13:00-da eyni məkanda üz-üzə gələcək.