30/03/2016

"Sumqayıt" FK "Xəzər Lənkəran" üzərində qələbə qazanıb


"Sumqayıt" - "Xəzər Lənkəran" 2:1
30 mart 2016. Saat 17:00. “Kapital Bank Arena”, 1200 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Cavanşir Yusifov
Dördüncü hakim: Fərid Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Vüsal Əliyev
Sarı vərəqələr: Amil Yunanov, 33 (qeyri-idman hərəkəti); Emin Mehdiyev, 48 (qeyri-idman hərəkəti); Vaqif Cavadov, 56 (qeyri-idman hərəkəti) // Asif Mirili, 26 (qeyri-idman hərəkəti); Orxan Sadıqlı, 68 (hakim qərarına etiraz)
Qırmızı vərəqə: Mikayıl Rəhimov, 70 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə)
Qollar: Nodar Məmmədov, 50 (ö.q); Murad Ağayev, 90 // Zaman Mirzəzadə, 49 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
6. Mikayıl Rəhimov
10. Uğur Pamuk
(7. Pərdis Fərcad-Azad, 46)
13. Murad Ağayev
29. Amil Yunanov
(14. Bəxtiyar Həsənalızadə, 72)
39. Emin Mehdiyev
55. Ağabala Ramazanov
70. Vaqif Cavadov
97. Xəyal Nəcəfov
(8. Nicat Muxtarov, 65)

Ehtiyat oyunçular:
12. Tural Abbaszadə
5. Cəmil Hacıyev
22. Tofiq Mikayılov
24. Amit Quluzadə

Baş məşqçi: Samir Abasov

“Xəzər Lənkəran”
1. Orxan Sadıqlı
4. Ruslan Cəfərov
6. Asif Mirili
7. Orxan Səfiyaroğlu
(99. Mahsun Qəmbərli, 85)
10. Tural Qürbətov
15. Nodar Məmmədov
16. İbrahim Qədirzadə
17. Vaquf Güləliyev
(44. Yusif Həsənov, 46)
18. Tural Cəlilov (k)
32. Zaman Mirzəzadə
(9. Bayram Budaqov, 82)
35. Elfad Baləhmədov

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
12. İlyas Səfərzadə
41. Hüseyn Xəlilzadə

Baş məşqçi: Elbrus Məmmədov

Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Xəzər Lənkəran"ı qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 2:1 hesabı ilə qələbə qazanıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyundan sonra da soyunub-geyinmә otağında dedim ki, "Xәzәr Lәnkәran" yaxşı oynadı. Elbrus Mәmmәdov yaxşı komanda qurub. 1999-cu, 1998-ci il tәvәllüdlü futbolçularla belә komanda qurublar. Özümüzә gәlincә, bәxtimiz gәtirdi. Bu biabırçı oyuna görә azarkeşlәrdәn üzr istәyirәm. Çox pis oynadıq. Fikrimcә, tәlәskәnlik komandanı bu qәdәr sәhv etmәyә vadar etdi".