29/03/2016

"Sumqayıt" FK-nın əvəzediciləri "Xəzər Lənkəran" üzərində inamlı qələbə qazanıb


Əvəzedicilərin çempionatında 27-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri "Kapital Bank Arena"da "Xəzər Lənkəran"la üz-üzə gəlib. Rəqibindən üstün oyun nümayiş etdirən Rövşən Babayevin komandası 4:1 hesablı qələbə qazanıb. Komandamızdan qolları Samir İbrahimov, Kənan Manafov, Şahin Əliyev və Bayram Nuruzadə vurub.

"Sumqayıt" - "Xəzər Lənkəran" 4:1
Samir İbrahimov, 16. Kənan Manafov, 38. Şahin Əliyev, 45, Bayram Nuruzadə, 61 - Kamran Abdullazadə, 55.