28/03/2016

"Sumqayıt" FK-nın U-17 və U-14 komandası böyükhesablı qələbə qazanıb


"Bakcell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda "Kəpəz" üzərində böyükhesablı qələbə qazanıb. Komandamız rəqibi 5:1 hesabı ilə üstələyib. Bu oyunda "Sumqayıt" FK-dan qolları Sənan Əsədov (2), Asif Hacıyev (2) və Tacir Əlizadə vurub.

Bundan başqa, "Sumqayıt" FK-nın U-16 komandası "Xəzər Lənkəran"la oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Bu görüşdə komandamızdan yeganə qolu Cavid Quliyev vurub.

"Sumqayıt" FK U-15 isə turu məğlubiyyətlə başa vurub. Komandamız səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzub. Bu oyunda İbrahim Novruzov fərqlənib.

"Sumqayıt" FK U-14 isə "Xəzri İK" üzərində rahat qələbə qazanıb (3:0). Görüşdə qolları Fərhad Salamzadə (2) və Cavidan Abbaszadə vurub.

"Sumqayıt" FK U-11 pley-off mərhələsi çərçivəsində penaltilər sonrası "Sumqayıtspor"a, U-12 isə "UGİM"ə 0:2 hesabı ilə məğlub olub.