28/03/2016

"Sumqayıt" FK-nın əvəzediciləri "Xəzər Lənkəran"la oyuna hazırdır


Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə başa çatır. Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində martın 30-da "Sumqayıt" FK "Xəzər Lənkəran"ı qəbul edəcək. Bir gün əvvəl isə sabah bu komandaların əvəzediciləri üz-üzə gələcək.
"Sumqayıt" FK-nın əvəzediciləri bu gün "Kapital Bank Arena"da son məşqini keçirib və Lənkəran təmsilçisi ilə oyuna tam hazırdır. Cəza səbəbindən Nurlan Əhmədov, zədə səbəbindən isə Elvin Yunusov bu qarşılaşmada meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Sumqayıt"la "Xəzər Lənkəran"ın əvəzediciləri arasındakı oyun martın 29-da saat 14:00-da "Kapital Bank Arena"da keçiriləcək.