14/03/2016

"Sumqayıt" FK-nın U-17, U-16 və U-14 komandası qələbə qazanıb


"Bakcell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası səfərdə "Xəzər Lənkəran"la üz-üzə gəlib. Rəqibindən üstün oyun nümayiş etdirən komandamız 4:0 hesabı ilə qalib gəlib. Bu görüşdə "Sumqayıt" FK-dan qolları Tacir Əlizadə (2), Aqşin Hüseynov və Sahib Cümşüdov vurub. Bu qələbə ilə komandamız 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmlədib.

Bundan başqa, ötən həftəsonu "Sumqayıt" FK-nın U-16 komandası da turu qələbə ilə başa vurub. Komandamız AZAL üzərində 7:0 hesablı qələbə qazanıb. Bu görüşdə Cavid Quliyev (3), Valeh Orucov (2), Fuad Hüseynov və İlkin Əmiraslanov fərqlənib.

U-17 və U-16 ilə yanaşı "Sumqayıt" Futbol Klubunun 14 yaşadək futbolçulardan ibarət komandası da turu qələbə ilə başa vurub. U-14 komandamız "Zirə"ni 3:0 hesabı ilə üstələyib. Bu oyunda komandamızdan qolları Cavidan Abbaszadə (2) və Nihat Əkbərzadə vurub.

"Bakcell U-17 Liqası"
"Xəzər Lənkəran" - "Sumqayıt" 0:4
Tacir Əlizadə (3), Aqşin Hüseynov, Sahib Cümşüdov.

U-16 Liqası
"Sumqayıt" - AZAL 7:0
Cavid Quliyev (3), Valeh Orucov (2), Fuad Hüseynov, İlkin Əmiraslanov.

U-14 Liqası
"Zirə" - "Sumqayıt" 0:3
Cavidan Abbaszadə (2), Nihat Əkbərzadə.