14/03/2016

Səlahət Ağayev və Ağabala Ramazanov A milli komandaya çağırılıb


Martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində - martın 26-da - Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçiriləcək. "Sumqayıt" Futbol Klubunun 2 futbolçusu - Səlahət Ağayev və Ağabala Ramazanov A milli komandaya dəvət alıb.

Bundan başqa, Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət komandası martın 13-də və 14-də seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Akademiyamızın üzvü Etibar Ağalarov yığmaya dəvət alıb.