13/03/2016

"Sumqayıt" FK "Qarabağ"a məğlub olub


"Sumqayıt" - "Qarabağ" 0:2
13 mart 2016. Saat 17:30. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Elman Musayev, Rahil Ramazanov
Dördüncü hakim: Mahir Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Vurğun Hüseynov, 61 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 63 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 77 (hakim qərarına etiraz); Slavik Alxasov, 90+1 (qeyri-idman hərəkəti) // Qara Qarayev, 80 (qeyri-idman hərəkəti); Muarem Muarem, 85 (hakim qərarına etiraz)
Qollar: Dani, 13; Migel Madera, 17
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Sumqayıt”
94. Tərlan Əhmədli
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
10. Uğur Pamuk
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
18. Aleksandr Çertoqanov
39. Emin Mehdiyev
55. Ağabala Ramazanov
70. Vaqif Cavadov
(29. Amil Yunanov, 61)
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
12. Tural Abbaszadə
5. Cəmil Hacıyev
7. Pərdis Fərcad-Azad
22. Tofiq Mikayılov
24. Amit Quluzadə
99. Rasim Ramaldanov

Baş məşqçi: Samir Abasov

“Qarabağ”
13. İbrahim Şehiç
2. Qara Qarayev
5. Maksim Medvedev (k)
8. Migel Madera
10. Dani
18. İlqar Qurbanov
(25. Ansi Aqolli, 87)
20. Riçard Almeyda
(91. Coşqun Diniyev, 69)
32. Elvin Yunuszadə
55. Bədavi Hüseynov
99. Muarem Muarem
97. Mahir Mədətov
(22. Əfran İsmayılov, 74)

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
19. Azər Salahlı
77. Cavid Tağıyev
90. Samuel Armenteros

Baş məşqçi: Qurban Qurbanov

Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Məğlub olmağımıza rəğmən, futbolçulara minnətdarlığımı bildirdim. Ölkə kuboku qarşılaşmalarından fərqli olaraq, bu gün gün oyunçular daha çox hərəkət edirdi. Qarşıdan “Rəvan”la oyun gəlir və uşaqları motivasiya etməyi qərara aldım".