12/03/2016

"Sumqayıt" FK-nın əvəzediciləri "Qarabağ" üzərində əzmkar qələbə qazanıb


Əvəzedicilərin çempionatında 25-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri "Kapital Bank Arena"da "Qarabağ"la qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Rövşən Babayevin komandası əzmkar qələbə qazanaraq ikinci pillədəki mövqeyini bir qədər də möhkəmlədib.

"Sumqayıt" - "Qarabağ" 2:1
Bayram Nuruzadə, 38. Kamran Nəsirov, 43 (avtoqol) - Cavid Tağıyev, 43.