10/03/2016

"Sumqayıt" FK-da Müşahidə Şurasının iclası keçirilib


Martın 9-da "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Görüşdə müxtəlif mövzulara toxunub və bəzi vacib məsələr barəsində fikir mübadiləsi aparılıb. Eyni zamanda toplantıda son vaxtlar hakimlərə qarşı yol verilən qeyri-etik davranışlar ön plana çıxararılıb. Görüş zamanı Müşahidə Şurasının üzvləri xoşagəlməz hadisələrlə bağlı narahatçılıq və narazılıqlarını ifadə etməklə yanaşı, futbolçu və məşqçi heyətinə belə halların təkrarlanmaması tapşırığını da verib.

"Sumqayıt" Futbol Klubu olaraq, digər klubların da bu məsələyə diqqətlə yanaşmasını tövsiyyə edirik.