09/03/2016

"Sumqayıt" FK Azərbaycan kubokunda mübarizəni dayandırıb


“Sumqayıt” – “Qarabağ” 1:4
Azərbaycan kuboku, 1/4 final, cavab oyunu
Kapital Bank Arena 1000 tamaşaçı
İlk oyun
– 0:2.
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Murad Məmmədov
Qollar: Xəyal Nəcəfov, 63 - Muarem Muarem, 6, 50. Samuel Armenteros, 10, 58.
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 84 - Dani Kintana, 65.

“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov (22. Tofiq Mikayılov, 72), 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov, 97. Xəyal Nəcəfov (Nicat Muxtarov, 82) 99. Rasim Ramaldanov (10. Uğur Pamuk, 46).

Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 5. Cəmil Hacıyev, 8. 29. Amil Yunanov, 70. Vaqif Cavadov.
Məşqçi: Vəfadar Quliyev.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera (20. Riçard Almeyda, 58), 10. Dani, 14. Rəşad Sadıqov (k) (32. Elvin Yunuszadə, 46), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 22. Əfran İsmayılov, 90. Samuel Armenteros (97. Mahir Mədətov, 75), 91. Coşqun Diniyev, 99. Muarem Muarem.

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 67. Əl Hərbi Əl Jadeyui.
Baş məşqçi: Qurban Qurbanov

Azərbaycan kubokunda 1/4 fnal mərhələsinin cavab oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Qarabağ"a 1:4 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk görüşdə Ağdam təmsilçisi 2:0 hesabı ilə qələbə qazanmışdı.

Vəfadar Quliyev ("Sumqayıt" FK-nın baş məşqçisi): "Gözlədiyimizdən zəif futbol sərgilədik. Samir müəllim əvvəlcədən də uşaqlara bildirmişdi ki, 0:2 hesablı məğlubiyyətdən sonra itiriləsi bir şey qalmayıb. Təəssüf ki, istəyimizə çata bilmədik".