07/03/2016

"Sumqayıt" FK U-17, U-14 və U-12 qələbə qazanıb


"Bakcell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası "Vətən"lə üz-üzə gəlib. Rəqibindən üstün oyun nümayiş etdirən komandamız 6:0 hesabı ilə qalib gəlib. Bu görüşdə "Sumqayıt" FK-dan qolları Tacir Əlizadə (3), Aqşin Hüseynov və Sənan Əsədov vurub. Bu qələbə ilə komandamız 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmlədib.

Bundan başqa, bu həftə "Sumqayıt" FK-nın U-14 komandası da turu qələbə ilə başa vurub. Komandamız "Neftçi İSM"i 1:0 hesabı ilə üstələyib. "Sumqayıt" FK-dan yeganə qolu Nihat Bağırov vurub.

"Sumqayıt" FK U-12 isə final mərhələsinə vəsiqə qazanmaq üçün keçirilmiş pley-off mərhələsinin ilk oyununda "Xudat"ı 6:0 hesabı ilə məğlubiyyətə uğradıb. Bu qarşılaşmada komandamızdan qolları Fərid Abbasov (3), Əli Əlizadə, İbrahim Nağıyev və Elgün Həmidli vurub.