04/03/2016

Məşqçilər Komitəsinin üzvləri Sumqayıtda olub


Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri - Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şakir Qəribov “Sumqayıt” Futbol Klubunun qonağı olub. Görüşdə klubun vitse-prezidenti Vaqif Ömərov, baş menecer Ceyhun Sultanov, əsas komandanın baş məşqçisi Samir Abasov və texniki direktor Aqil Məmmədov iştirak edib. Ümumi görüşdən öncə, komitə üzvləri "Kapital Bank Arena" ilə tanış olub, onlara infrastruktur, uşaq futbolu və gələcək planlan haqqında məlumat verilib. Ardınca çay süfrəsi ətrafında müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd ki, "Sumqayıt" FK martın 11-də keçiriləcək seçkidə AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə Vaqif Sadıqovun namizədliyini irəli sürdüyü üçün ondan həmin iclasda bəzi vacib məsələlərin qaldırılmasını da xahiş edib.