02/03/2016

"Sumqayıt" FK Azərbaycan kuboku çərçivəsində "Qarabağ"la qarşılaşıb


"Qarabağ" - "Sumqayıt" 2:0
Azərbaycan Kuboku, 1/4 final mərhələsinin ilk oyunu
02 mart 2016. Saat 17:00. “Azərsun Arena”, 700 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Mehman Mahmudov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Qara Qarayev, 45 (qeyri-idman hərəkəti) // Emin Mehdiyev, 12 (qeyri-idman hərəkəti); Uğur Pamuk, 51 (qeyri-idman hərəkəti); Cəmil Hacıyev, 73 (qeyri-idman hərəkəti)
Qollar: Riçard Almeyda, 52 (p.); Mahir Mədətov, 86
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.

“Qarabağ”
63. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
5. Maksim Medvedev (k)
(25. Ansi Aqolli, 62)
8. Migel Madera
10. Dani
15. Rahid Əmirquliyev
(20. Riçard Almeyda, 15)
18. İlqar Qurbanov
22. Əfran İsmayılov
(99. Muarem Muarem, 75)
32. Elvin Yunuszadə
55. Bədavi Hüseynov
97. Mahir Mədətov

Ehtiyat oyunçular:
13. İbrahim Şehiç
67. Əl Hərbi Əl Jadeyui
77. Cavid Tağıyev
91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
5. Cəmil Hacıyev
10. Uğur Pamuk
(70. Vaqif Cavadov, 58)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə (k)
24. Amit Quluzadə
(18. Aleksandr Çertoqanov, 79)
29. Amil Yunanov
39. Emin Mehdiyev
55. Ağabala Ramazanov
99. Rasim Ramaldanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
7. Pərdis Fərcad-Azad
8. Nicat Muxtarov
17. Bayram Nuruzadə

Baş məşqçi: Samir Abasov

Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu bu mərhələnin ilk oyununda səfərdə "Qarabağ"la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. Cavab qarşılaşması martın 9-da keçiriləcək.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Qarabağ" istənilən komanda üçün çətin rəqibdi. Əfsuslar olsun ki, 2 top buraxdıq. Azından heç-heçəylə qayıtmaq istəyirdik. 0:2 məğlub olsaq da, yarımfinala çıxmaq şanslarımız qalır".