27/02/2016

"Sumqayıt" FK Gəncədən 1 xalla qayıtdı


"Kəpəz" - "Sumqayıt" 0:0
27 fevral 2016. Saat 14:00. Gəncə şəhər stadionu, 13500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Kamran Bayramov
Dördüncü hakim: Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Tural Axundov, 26 (qeyri-idman hərəkəti); Julien Ebah, 62 (qeyri-idman hərəkəti) // Aleksandr Çertoqanov, 37 (qeyri-idman hərəkəti); Rasim Ramaldanov, 62 (qeyri-idman hərəkəti); Amit Quluzadə, 66 (qeyri-idman hərəkəti); Ağabala Ramazanov, 75 (hakimi aldatmağa cəhd)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 5 dəq.

“Kəpəz”
88. Tadas Simaitis
18. Tural Axundov (k)
25. Şəhriyar Əliyev
3. Tərlan Quliyev
13. Şəhriyar Rəhimov
8. Budaq Nəsirov
5. Kərim Diniyev
27. Bəxtiyar Soltanov
(15. Azad Kərimov, 88)
9. Namiq Ələsgərov
6. Ceyhun Cavadov
(80. Tural Rzayev, 69)
90. Julien Ebah

Ehtiyat oyunçular:
1.Eyyub Əliyev
7. Junior Osvaldo
23. Tural Nərimanov
4. Elvin Cəbrayıllı
99. Əli Səmədov

Baş məşqçi: Şahin Diniyev

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
5. Cəmil Hacıyev
7. Pərdis Fərcad-Azad
(29. Amil Yunanov, 84)
13. Murad Ağayev
(24. Amit Quluzadə, 46)
14. Bəxtiyar Həsənalızadə
18. Aleksandr Çertoqanov (k)
55. Ağabala Ramazanov
39. Emin Mehdiyev
70. Vaqif Cavadov
(10. Uğur Pamuk, 63)
99. Rasim Ramaldanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
8. Nicat Muxtarov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu çətin Gəncə səfərindən 1 xalla ayrılıb. "Kəpəz"lə səfərdə baş tutan qarşılaşmada hesab açılmayıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyun haqqında deyiləsi çox şey yoxdur. Hesaba görə, nəticəyə görə, doğrudan da çox sevinirik. Hesabı qoyaq bir yana, şükürlər olsun ki, futbolçularımız zədələnmədi. Bu cür çətin oyunda, bu cür meydançada... Açığı meydança haqqında çox danışmaq istəmirəm. Çünki məndən öncə buraya gələn göyük məşqçilər bu barədə çox danışıblar. "Kəpəz" çox yaxşı komandadır. Nəticədən razıyam. Çünki ikinci oyundu ki, uduzmuruq. Bildiyiniz kimi, uğursuz seriyamız vardı. Pis başlamışdıq. AZAL-ı ötən tur məğlubiyyətə uğratdıq. Hesab edirəm ki, Gəncə səfərindəki heç-heçə bizim üçün qalibiyyətə bərabərdir. Futbolçularımızı, "Sumqayıt" FK-nın fanatlarını təbrik edirəm. İnanıram ki, bu meydança Gəncə komandasının da ürəyincə deyil. Onların məşqçilər korpusundakılar mənim dostlarımıdır. Düzdür, meydançanın durumunu bəhanə edənlər də var. Amma biz belə etməyəcəyik. "Kəpəz" də belə meydançada oynamaq istəməz. Bu, müvəqqəti çətinlikdir. Ümid edirəm ki, bu vəziyyəti yaxşılaşdıracaqlar. Biz Gəncədən xalla ayrılmaq istəyirdik, onu da etdik. Çətin oyun olsa da, bacardıq".