25/02/2016

"Sumqayıt" FK-nın əvəzediciləri səfərdə "Kəpəz"lə heç-heçə edib


Əvəzedicilərin çempionatında 23-cü turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri Yevlax şəhər stadionunda "Kəpəz"lə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu qarşılaşmada komandamızdan yeganə qolu 74-cü dəqiqədə Şahin Əliyev vurub.

"Kəpəz" - "Sumqayıt" 1:1
Nicat Əliyev, 3 - Şahin Əliyev, 74.