23/02/2016

"Sumqayıt" FK "Kəpəz"lə oyunun hazırlığına başlayıb


Topaz Premyer Liqasının son turunda AZAL üzərində qələbə qazanmış "Sumqayıt" Futbol Klubu "Kəpəz"lə oyunun hazırlığına 1 günlük istirahətin ardından start verib. Komandamız bu gün Samir Abasovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb. Komandanın heyətində zədəli futbolçu yer almayıb.

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu fevralın 27-də Gəncə şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 14:00-da start götürəcək.