22/02/2016

"Sumqayıt" FK U-17 AZAL üzərində böyükhesablı qələbə qazanıb, U-10, U-11 və U-12 də 3 xala sevinib


"Bakcell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda AZAL-ı qəbul edib. Rəqibindən üstün oyun nümayiş etdirən komandamız 3:0 hesablı qələbə qazanıb. Bu görüşdə komandamızdan qolları Aqşin Hüseynov, Nicat Sərdarlı və Xəzər Məmmədov vurub. "Sumqayıt" FK U-17 bu qələbə ilə 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmlədib.

Bundan başqa, həftəsonu AFFA-nın təşkil etdiyi futbol liqalarında növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun U-10 komandası Şimal regionunda "Məhəllə uşaqları" komandası ilə üz-üzə gəlib və 6:0 hesabı ilə qələbə qazanıb. Bu görüşdə komandamızdan qolları Rəvan Məşiyev (2 qol), Nihat Babayev (2), Ömər Vəlimətov və Sənan Quluzadə vurub.

"Sumqayıt" FK U-11 isə həftəni "Həkəri" üzərində texniki qələbə ilə başa vurub.

"Sumqayıt" FK U-12 Şimal regionunda İOEUGİM-lə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Bu oyunda Əli Əlizadə və Fərid İlyaslı fərlənib.

"Sumqayıt" FK U-13 "Neftçi"yə 2:3, U-14 isə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.