22/02/2016

"Sumqayıt" FK-nın əvəzediciləri "Kəpəz"lə oyuna hazırlaşır


Çempionatın 22-ci turunda "Kapital Bank Arena"da AZAL-ı məğlubiyyətə uğradan (3:0) "Sumqayıt" Futbol Klubunun əvəzediciləri 1 günlük istirahətin ardından məşqləri bərpa edib. Rövşən Babayevin komandası bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb. Komandamızın heyətində zədəli futbolçu yer almır.

Qeyd edək ki, "Sumqayıt"la "Kəpəz"in əvəzediciləri arasındakı qarşılaşma fevralın 25-də Yevlax şəhər stadionunda keçiriləcək. Görüş saat 14:00-da başlayacaq.