20/02/2016

"Sumqayıt" FK doğma meydanda AZAL üzərində qələbə qazanıb


"Sumqayıt" - AZAL 2:0
20 fevral 2016. Saat 15:00. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Zeynal Zeynalov
Dördüncü hakim: Mahir Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Ağabala Ramazanov, 49 (qeyri-idman hərəkəti) // Nuqzar Kvirtiya, 47 (qeyri-idman hərəkəti); Tural Hümbətov, 49 (qeyri-idman hərəkəti)
Qollar: Murad Ağayev, 32; Ağabala Ramazanov, 35
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
10. Uğur Pamuk
(39. Emin Mehdiyev, 76)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
18. Aleksandr Çertoqanov
29. Amil Yunanov
55. Ağabala Ramazanov
(8. Nicat Muxtarov, 79)
97. Xəyal Nəcəfov
(22. Tofiq Mikayılov, 89)
99. Rasim Ramaldanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
7. Pərdis Fərcad-Azad
25. Ayaz Mehdiyev

Baş məşqçi: Samir Abasov


AZAL

16. Stanislav Namaşko
2. Rail Məlikov (k)
3. Tural Hümbətov
24. Emin Cəfərquliyev
5. Kamil Hüseynov
6. Tagim Novruzov
23. Hacı Əhmədov
(19. Məhəmməd Bədəlbəyli, 83)
10. Nuqzar Kvirtiya
88. Mirzağa Hüseynpur
(11. Ruslan Nəsirli, 60)
22. Kamal Mirzəyev
(77. Adan Koronado, 46)
27. Aleksandr Quruli

Ehtiyat oyunçular:
1. Amil Ağacanov
4. Qvanzav Maqomedov
17. Elmin Çobanov
20. İsmayıl İbrahimli

Baş məşqçi: Tərlan Əhmədov


Topaz Premyer Liqasında 22-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da AZAL-ı qəbul edib. Rəqibindən üstün oyun nümayiş etdirən Samir Abasovun komandası 2:0 hesabı ilə qələbə qazanıb. Bu oyunda komandamızdan qolları Murad Ağayev və Ağabala Ramazanov vurub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Ardıcıl məğlubiyyətlərdən sonra üzərimizdə təzyiq hiss edirdik. Həm ətrafdan, həm də daxildən bu təzyiq hiss olunan idi. Bu gün də uduzsaydıq, heç özüm də bilmirəm, nələr baş verəcəkdi. Açığı, oyundan tam razı qalmadım. Futbolda belə hallar olur: bəzən istənilən oyunu ortaya qoymayıb, 3 xalı bayram edirsən. Bu gün məhz bu cür oyunun şahidi olduq. Fasiləyədək küləyə qarşı oynasaq da, daha məzmunlu futbol sərgilədik".