19/02/2016

"Sumqayıt" FK-nın əvəzediciləri AZAL üzərində böyükhesablı qələbə qazanıb


Əvəzedicilərin çempionatında 22-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri "Kapital Bank Arena"da AZAL-la üz-üzə gəlib. Rəqibindən üstün oyun nümayiş etdirən komandamız 3:0 hesablı qələbə qazanıb. Bu qarşılaşmada komandamızdan qolları Şahin Əliyev, Bayram Nuruzadə və Əli Əlimərdanlı vurub.

"Sumqayıt" - AZAL 3:0
Şahin Əliyev, 17. Bayram Nuruzadə, 30. Əli Əlimərdanlı, 72.