17/02/2016

3 futbolçumuz U-17 millisinə çağırılıb


2016-cı ildə Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Fevralın 18-dən martın 4-dək paytaxtımızda baş tutacaq hazırlıq prosesinə “Sumqayıt” Futbol Klubunun 3 futbolçusu – Aqşin Hüseynov, Ricat Qarayev və İsmayıl Babayev dəvət olunublar.