16/02/2016

"Sumqayıt" FK U-15 "Neftçi"ni, U-17 və U-13 isə "Qarabağ"ı məğlubiyyətə uğradıb


"Boulevard Hotel U-15 Liqası"nda mübarizə aparan "Sumqayıt" Futbol Klubunun 15 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda "Neftçi" PFK ilə qarşılaşıb. Rəqibindən üstün oyun nümayiş etdirən komandamız paytaxt klubunu 2:0 hesabı ilə üstələyib. Bu görüşdə "Sumqayıt" FK-dan qolları Rüfət Abdullazadə və Səbuhi Abdullazadə vurub. Qarşılaşma başa çatdıqdan sonra "Sumqayıt" FK-nın rəhbərliyi və əsas komandası gənc futbolçularla görüşərək onları qələbə münasibəti ilə təbrik edib.

"Bakcell U-17 Liqası"nda mübarizə aparan "Sumqayıt" FK-nın U-17 komandası da həftəni qələbə ilə başa vurub. Komandamız səfərdə "Qarabağ" üzərində əzmkar qələbə qazanaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib (2:1). Bu qarşılaşmada komandamızdan qolları Sənan Əsədov və Aqşin Hüseynov vurub.

"Sumqayıt" FK U-13 də bu tur qələbə qazanıb. 13 yaşadək futbolçulardan ibarət komandamız "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlib. Bu görüşdə Rüstəm Hümbətov və Hüseyn Yusifzadə fərqlənib.