15/02/2016

"Sumqayıt" FK "Qəbələ" ilə qarşılaşmadan məğlub ayrılıb


"Qəbələ" - "Sumqayıt" 1:0
14 fevral 2016. Saat 17:30. Qəbələ şəhər stadionu, 850 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Mehman Mahmudov
Dördüncü hakim: Mahir Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Elvin Camalov, 26 (qeyri-idman hərəkəti) // Murad Ağayev, 68 (qeyri-idman hərəkəti); Amit Quluzadə, 84 (qeyri-idman hərəkəti); Cəmil Hacıyev, 88 (qeyri-idman hərəkəti)
Qollar: Ermin Zets, 69
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Qəbələ”
22. Dmitri Bezotosni
3. Voislav Stankoviç
4. Elvin Camalov
7. Ermin Zets
8. Məhəmməd Mirzəbəyov
9. Sergey Zenyov
19. Aleksey Qay (k)
21. Arif Daşdəmirov
32. Rəşad Eyubov
44. Rafael Santos
66. Samir Zərgərov
(11. Asif Məmmədov, 68)

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
15. Vitali Vernidub
18. Vadim Abdullayev
20. Rikardinyo
25. Qismət Alıyev
34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
13. Murad Ağayev
(8. Nicat Muxtarov, 87)
14. Bəxtiyar Həsənalızadə
24. Amit Quluzadə
25. Ayaz Mehdiyev
(7. Pərdis Fərcad-Azad, 73)
29. Amil Yunanov
55. Ağabala Ramazanov
70. Vaqif Cavadov
(10. Uğur Pamuk, 66)

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
97. Xəyal Nəcəfov
99. Rasim Ramaldanov

Topaz Premyer Liqasında 21-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Qəbələ"yə minimal hesabla məğlub olub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Rəqibi təbrik edirəm. Bu gün oyunu müdafiədən qurduq. 5 arxa xətt oyunçusu ilə meydançaya çıxdıq. İlk yarıda əks-hücum taktikasından istifadə etmək istəyirdik. Bilirdik ki, rəqibin cinah müdafiəçiləri tez-tez irəli çıxır və mərkəzdəkilər isə bir az ağır oynayır. Bu, 1-2 epizodda alındı. Təəssüf ki, son matçlarda qol şansları yaxalasaq da, istifadə edə bilmirik. Səbəbini də bilmirəm. “Qəbələ”ni təbrik edirəm, güclü komandadılar. Belə şəraitdə oynamaq çox xoş idi. Həmişəki kimi “Sumqayıt”ın oyunu emosinal, aqressiv keçdi. Yaxşı oyun oldu. İndi əsas məqsədimiz futbolçulara motivasiya verib, gələn oyuna hazırlaşmaqdı. Artıq geriyə yolumuz yoxdu. 3 matçdı xalımız yoxdu".