10/02/2016

"Sumqayıt" FK U-19 "Neftçi" İK İB üzərində qələbə qazanıb


"Sumqayıt" Futbol Klubunun 19 yaşadək futbolçulardan ibarət komandası turu qələbə ilə başa vurub. Komandamız "Neftçi" İK İB" üzərində 3:1 hesablı qələbə qazanıb. "Sumqayıt" FK-dan qolları Vüsal Buludlu (2) və Murad Məmmədxanov vurub.

Bundan başqa, "Sumqayıt" FK U-15 Boulevard Hotel U-15 Liqasında "Təhsil TFM" ilə qarşılaşmada texniki qələbəyə sevinib.