09/02/2016

"Sumqayıt" FK "Qəbələ" ilə oyunun hazırlığıa start verib


Topaz Premyer Liqasının 21-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu 1 günlük istirahəti başa vurub. Komandamız bu gün Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da məşqə çıxıb. Zədəli olduğu üçün "Zirə" ilə qarşılaşmada iştirak etməyən Cəmil Hacıyev artıq məşqlərə başlayıb. Adıçəkilən futbolçu hələki fərdi məşqlərlə kifayətlənir. Vaqif Cavadov isə tam sağalaraq kollektivlə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu fevralın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 17:30-da başlayacaq.