05/02/2016

Sumqayıtda tədbir keçirilib


Bu gün Millət vəkilləri – Muxtar Babayev və Tahir Mirkişilinin təşəbbüsü ilə «Azərikimya» İB-nin akt zalında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi Elxan Məmmədovun şəhərin futbol ictimaiyyəti ilə görüşü baş tutub. Tədbirdə futbol ictimaiyyəti ilə yanaşı, şəhərin təhsil şöbəsi, Gənclər və İdman Baş İdarəsi və “Sumqayıt” FK-nın rəhbərliyi, məşqçilər heyəti iştirak edib. Görüşü giriş sözü ilə Muxtar Babayev açmış, iştirakçılara tədbirin məqsədi haqqında məlumat verib.

Elxan Məmmədov isə öz növbəsində, son illərdə Azərbaycan futbolunun inkişafı ilə bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmış, bölgələrdə, o cümlədən Sumqayıtda futbolun inkişafı üçün bəzi layihələrin müzakirəsini həyata keçirib, verilən suallar ətraflı cavab verib, sonda isə KİV-nin nümayəndələrinin ünvanladığı digər sualları cavablandırıb.