02/02/2016

"Sumqayıt" FK U-15 "Kəpəz", U-17 isə "Rəvan" üzərində böyükhesablı qələbə qazanıb


"Sumqayıt" Futbol Klubunun akademiyası bu həftə 2 oyun keçirib. 17 yaşadək futbolçulardan ibarət komandamız "Rəvan"ı 6:0 hesabı ilə məğlubiyyətə uğradıb. Bu oyunda komandamızdan qolları Sənan Əsədov (2 qol), Tacir Əlizadə (2), Asif Hacıyev və Sahib Cümşüdov vurub.

"Sumqayıt" FK-nın U-15 komandası da böyükhesablı qələbəyə sevinib. Yeniyetmələrimiz "Kəpəz"i 5:1 hesabı ilə üstələyib. Bu oyunda Əli Əfəndiyev, Kənan Əşrəfli, Rüfət Salahov, Allahverdi Xammədov və Rəvan Məmmədov fərqlənib.