30/01/2016

"Sumqayıt" FK səfərdə "Neftçi" ilə qarşılaşıb


"Neftçi" - "Sumqayıt" 1:0
30 yanvar 2016. Saat 16:30. “Bakcell Arena”, 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev,
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Dördüncü hakim: Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Salas Quinta Antonio, 13 (hakimi aldatmağa cəhd); Rəhman Hacıyev, 57 (qeyri-idman hərəkəti); Kamal Qurbanov, 70 (qeyri-idman hərəkəti) // Vurğun Hüseynov, 61 (qeyri-idman hərəkəti); Cəmil Hacıyev, 66 (qeyri-idman hərəkəti); Ağabala Ramazanov, 79 (hakimi aldatmağa cəhd); Murad Ağayev, 82 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 84 (qeyri-idman hərəkəti)
Qol: Ruslan Qurbanov, 55
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Neftçi”
1. Aqil Məmmədov
3. Filyo Jairo Rodriges
5. Xuan Alberto Melli
7. Araz Abdullayev (k)
10. Cavid İmamverdiyev
(61. Təyyar Məmmədov, 90+1)
11. Ruslan Qurbanov
(8. Elşən Abdullayev, 81)
17. Rəhman Hacıyev
20. Salas Quinta Antonio
(19. Fəhmin Muradbəyli, 74)
26. Kamal Qurbanov
27. Məqsəd İsayev
95. Elvin Bədəlov

Ehtiyat oyunçular:
53. Maksim Vaylo
4. Rahil Məmmədov
14. Məhəmməd Qurbanov
22. Mirabdulla Abbasov

Baş məşqçi: Əsgər Abdullayev

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
7. Pərdis Fərcad-Azad
(29. Amil Yunanov, 53)
10. Uğur Pamuk
(25. Ayaz Mehdiyev, 69)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
18. Aleksandr Çertoqanov
55. Ağabala Ramazanov
70. Vaqif Cavadov
(97. Xəyal Nəcəfov, 76)

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
8. Nicat Muxtarov
24. Amit Quluzadə

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 3-cü dövrəyə start verilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Neftçi"yə minimal hesabla məğlub olub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqmisi): "İlk növbədə "Neftçi"ni qələbə münasibəti ilə təbrik edirəm. Məğlubiyyətin səbəbini bilmirəm hər halda bunu araşdıracayıq. Bəlkə də komandamız hələ də yoxlama görüşlərinin ab-havasından ayrıla bilməyib. Yeni transferlərə gəlincə, hamısından razıyam, çox yaxşı transferlər etmişik. Səlahət Ağayev bizə çox kömək elədi. Vaqif Cavadov da yavaş-yavaş istədiyimiz səviyyəyə gələcək. Bir az komanda oyunundan geri qalırdı ki, bunun üçün də zaman lazımdır uyğunlaşmaq üçün".