26/01/2016

"Sumqayıt" FK Rasim Ramaldanovu heyətinə qatıb


“Sumqayıt” Futbol Klubu növbəti transferini həyata keçirib. Komandamız yığmamızın üzvü Rasim Ramaldanovla güclənib. 30 yaşlı futbolçu mövsümün sonuna qədər “Sumqayıt” FK-nın şərəfini qoruyacaq. Ramaldanov komandamızda 99 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rasim Ramaldanov "Simurq" (87 oyun, 2 qol) və "Xəzər Lənkəran"ın (51 oyun, 1 qol) formalarını geyinib. O, 17 dəfə Azərbaycan millisində çıxış edib.