25/01/2016

"Sumqayıt" FK U-17 "İnter" üzərində qələbə qazanıb


AFFA-nın təşkil etdiyi U-17 Liqasında növbəti turun oyunları keçirilib. "Sumqayıt" FK-nın 17 yaşadək futbolçulardan ibarət komandası "İnter"lə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 2:1 hesabı ilə qələbə qazanıb. "Sumqayıt" FK-dan qolları Asif Hacıyev və Mir Emil Həsənov vurub. Bu qarşılaşmada maraqlı olan məqam ondan ibarətdir ki, komandamızın qapıçısı Mir Emil Həsənov öz qapısından vurduğu zərbə ilə baxımlı qola imza atıb.

U-17 ilə yanaşı U-16 komandamız da turu qələbə ilə başa vurub. "Sumqayıt" FK U-16 "Rəvan"ı 2:1 hesabı ilə üstələyib. Bu oyunda komandamızdan qolları Bəxtiyar Haqverdiyev və İlkin Əmiraslanlı vurub.

Bundan başqa, "Sumqayıt" FK U-14 və U-13 mütəmadi olaraq İOEUGİM-lə yoxlama oyunlarında qələbə qazanıb.