25/01/2016

"Sumqayıt" FK-nın əvəzediciləri "Qaradağ Lökbatan"la qarşılaşıb


"Sumqayıt" Futbol Klubunun əsas komandası kimi əvəzedicilər də çempionatın 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirir. Komandamız növbəti yoxlama oyununu keçirib. Rövşən Babayevin rəhbərlik etdiyi komanda "Qaradağ Lökbatan"la 2:2 hesablı heç-heçəyə imza atıb. Bu oyunda komandamızdan Emil Həsənzadə və Bayram Nuruzadə vurub.