23/01/2016

“Sumqayıt” FK vətənə dönür


Bu gün “Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönür. Komandamız axşam saatlarında paytaxt Bakıda olacaq. İki günlük istirahətin ardından komandamız “Kapital Bank Arena”da Premyer Liqanın növbəti turu üçün “Neftçi” ilə oyunun hazırlığına başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” FK Antalyada 4 yoxlama matçı keçirdi. Komandamız Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçə edib, son İran çempionu "Sepahan"a 1:2 hesabı ilə məğlub olub və 4 qat Rumıniya çempionu olmuş “Petrolul”la 1:1 hesablı heç-heçəyə imza atıb.