22/01/2016

"Sumqayıt" FK Antalyada son yoxlama oyununda "Petrolul"la heç-heçə edib


Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" Futbol Klubu bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Komandamız əvvəlcədən planlaşdırıldığı kimi, 4 dəfə Rumıniya çempionu olmuş "Petrolul"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt" FK-dan yeganə qolu 90-cı dəqiqədə Pərdis Fərcad-Azad vurub.

Xatırladaq ki, "Sumqayıt" FK Türkiyədə olduğu müddətdə bundan başqa, daha 3 yoxlama oyunu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçə edib və son İran çempionu "Sepahan"a 1:2 hesabı ilə məğlub olub.

Yoxlama oyunu
22 yanvar

"Sumqayıt" - "Petrolul" 1:1

"Sumqayıt" FK-nın start heyəti: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Murad Ağayev, Aleksandr Çertoqanov, Ağabala Ramazanov, Uğur Pamuk, Vaqif Cavadov, Amil Yunanov.

Meydana sonradan daxil olanlar: Emin Mehtiyev, Xəyal Nəcəfov, Pərdis Fərcad-Azad, Amit Quluzadə, Ayaz Mehtiyev.