21/01/2016

"Sumqayıt" FK İran çempionu "Sepahan"la qarşılaşıb


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə növbəti yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi son İran çempionu "Sepahan” klubu ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda komandamızdan yeganə qolu penalti sonrası 75-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub.

Xatırladaq ki, "Sumqayıt" FK ilk yoxlama oyununda Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlmiş və Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçəyə imza atıb.

Qeyd edək ki, "Sumqayıt" FK Türkiyədə son yoxlama oyununu sabah keçirəcək. Komandamız 4 dəfə Rumıniya çempionu olmuş "Petrolul"la üz-üzə gələcək. Həmin oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Yoxlama oyunu
21 yanvar

"Sumqayıt" - "Sepahan" (İran) 1:2

"Sumqayıt" FK-nın heyəti: Tural Abbaszadə, Mikayıl Rəhimov, Samir İbrahimov, Emin Mehdiyev, Cəmil Hacıyev (Slavik Alxasov, 55), Xəyal Nəcəfov, Tofiq Mikayılov, Ayaz Mehdiyev, Nicat Muxtarov, Amit Quluzadə, Pərdis Fərcad-Azad.