09/12/2011

Ruslan Tağızadə - 18!


Bu gün “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun müdafiəçisi Ruslan Tağızadənin 18 yaşı tamam olur. Cari mövsümdə bütün oyunlarda 90 dəqiqə meydanda olan yeganə futbolçumuzu kollektivimiz adından doğum günü münasibətilə təbrik edir, ona mənalı həyat və gələcək karyerasında uğurlar arzu edirik. Qoy bu uğurların içində “Sumqayıt Şəhər”imizin də uğurları yer alsın. Ad günün mübarək!