19/01/2016

"Sumqayıt" FK Antalyada təlim-məşq toplanışını davam etdirir


“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Komandamız bu gün qonşu ölkədə 2 məşqdən birini artıq başa vurub. Səhər saat 11:00-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər üzərində çalışıb. Yüngül zədə alan Eltun Yaqublu kollektivdən ayrı çalışıb. Ardından "Sumqayıt" FK 3 qrupa bölünərək tenisbol oyunu ilə məşqi tamamlayıb. Komanda axşam saat 17:00-da ikinci məşqinə çıxacaq.

Xatırladaq ki, Samir Abasovun rəhbərlik etdiyi komanda sabah növbəti yoxlama oyununu keçirəcək. "Sumqayıt" FK Rumıniya klubu “Voluntari” ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.