19/01/2016

"Sumqayıt" FK-nın əvəzediciləri "Şahdağ" üzərində qələbə qazanıb


"Sumqayıt" Futbol Klubunun əsas komandası kimi əvəzedicilər də çempionatın 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirir. Sumqayıtda "Kapital Bank Arena"da təlim-məşq toplanışını davam etdirən Rövşən Babayevin rəhbərlik etdiyi komanda növbəti yoxlama oyununu keçirib. Bundan əvvəl, U-19 millimizlə heç-heçə edib, "Qaradağ Lökbatan"a məğlub olan əvəzedicilərimiz bu dəfə Qusarın "Şahdağ" klubunu 6:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu oyunda komandamızın üzvü Emil Həsənzadə het-trikə Şahin Əliyev isə dubla imza atıb. Digər qolu isə Bayram Nuruzadə vurub.